logo
First slide

Qeyd olunan məlumat həqiqəti əks etdirmir - Mərkəzi Bankdan AÇIQLAMA

01 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu ilə birgə keçirilmiş mətbuat konfransında səsləndirilmiş bir məlumatın bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyri-dəqiq işıqlandırılmasına yol verilib.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Trend-ə açıqlamasında qeyd edilib.

Mərkəzi Bankdan bildirilib ki, qanunvericiliyə və normativ tələblərə müvafiq olaraq banklar maliyyә ilinin qurtarmasından әn geci beş ay müddәtindә maliyyә hesabatını auditor rәyi ilә birlikdә maliyyә bazarlarına nәzarәt orqanına tәqdim etmәli və dәrc etdirmәlidirlər. Bununla əlaqədar, əksər banklar tərəfindən müvafiq hesabatların rəsmi internet saytlarında açıqlanması təmin olunub.

"Lakin, koronavirus (COVİD-19) pandemiyasının işin təşkili ilə bağlı yaratdığı çətinliklərlə əlaqədar olaraq “Rabitə Bank” ASC və “Access Bank” QSC tərəfindən Mərkəzi Banka müraciət olunaraq, kənar audit hesabatının açıqlanması ilə bağlı möhlət istənilib və müvafiq hesabatların iyun ayı ərzində dərc olunacağı bildirilib. Buna baxmayaraq, mətbuat konfransında səsləndirilmiş bu məlumat təhrif olunaraq adı çəkilən bankların kapital problemlərinin olması formasında yayımlanıb.

Qeyd olunan məlumat həqiqəti əks etdirmir".

Oxşar xəbərlər