Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıb

01 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə şəhər Baş polis idarəsinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Sadılı qəsəbəsi, Muxtar Abisarov küçəsində Tanrıverdiyev Nicat Zahid oğluna məxsus yük avtomobilinə baxış keçirib. 

AQTA-dan Press.az-a verilən məluamta görə, yük avtomobilində fiziki şəxs Poladlı Pərviz Şəmsi oğluna məxsus dövlət qeydiyyatı olmayan və mənşəyi bilinməyən 24 adda baytarlıq preparatı aşkarlanıb. 

Dərman preparatlarından götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib. Qanunvericiliyə uyğun olaraq aşkarlanan dərman preparatlarının satışına məhdudiyyət qoyulub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Oxşar xəbərlər
OTACI