Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Əmr gəlib ki, 35 nəfər işdən ixtisar edilməlidir” - AÇIQLAMA

01 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin iclasında deputat Aqil Abbas Ağcabədidə 35 kitabxana işçisinin ixtisarı barədə qərar qəbul edildiyini deyib. 

Press.Az-ın Oxu.az-a istinadən xəbərinə görə, A.Abbas bildirib ki, Prezident pandemiya dövründə işçilərin ixtisar olunmamasını desə də, bəziləri buna əməl etmirlər. 

Deputat iki nazirliyə də müraciət edib: 

“Ağcabədi rayonuna əmr gəlib ki, 35 nəfər işdən ixtisar edilməlidir. Bu qədər büdcəmiz var, ancaq dövlətimiz onların aldığı 200 manat maaşa möhtac olub?

Hazırda mədəniyyət naziri yoxdur. Ancaq onu əvəz edən var. Ona və Maliyyə Nazirliyinə müraciət edirəm. Kitabxanalarla işiniz olmasın. Allaha and olsun, ixtisar olunası o qədər yer var”.

Oxşar xəbərlər
OTACI