Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİM sədrindən abituriyentlərə və valideynlərə XƏBƏRDARLIQ

01 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək. Çünki qapıda ciddi yoxlama prosesi olacaq”

Press.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O bildirib ki, abituriyentlər və valideynlərin qeyd olunan saatda binaların önünə gəlməsi vacibdir: “Kimsə gecikməsin. Belə olsa binanın həyətində sosial məsafə prinsipi pozula bilər”.

DİM sədri əlavə edib ki, kimin hərarəti olsa, o, imtahana buraxılmayacaq: “Hər imtahan binasının yanında təcili yardım maşını olacaq. Səhhətində ciddi problemi olan şəxslərə dərhal yerində baxılacaq”.

Oxşar xəbərlər
OTACI