Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İş yerində narkotik becərən şəxs saxlanıldı - FOTO

01 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xaçmazda çalışdığı daş karxanasında narkotik becərən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Press.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Mircavad Ağayevin rayon ərazisində çalışdığı daş karxanasının ərazisində narkotik maddələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində M.Ağayev saxlanılıb və onun mühafizəçi kimi çalışdığı karxana ərazisinə keçirilən baxış zamanı oradan 41 ədəd xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı M.Ağayev çətənə kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI