Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gündən yaşı 8-dən yuxarı olan uşaqların fərdi təhsilə cəlb edilməsinə başlanılır

01 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gündən, iyunun 1-dən yaşı 8-dən yuxarı olan uşaqların fərdi təhsilə cəlb olunması üçün qeydiyyat başlayır. 

Press.az xəbər verir ki, bununla bağlı valideynlər www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra iyunun 1-dən yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidirlər.

Müraciətlərin qəbulu həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) həyata keçiriləcək.

Valideynlərə həmin komissiyaya övladını da özləri ilə gətirmələri tövsiyə olunur.

Qeyd edək ki, yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilən “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Oxşar xəbərlər
OTACI