Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST: Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 117 mindən çox artıb

31 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənən yeni növ koronavirus ilə yoluxanların sayı sutkada 117 mindən çox artaraq 5,9 milyonu keçib. Koronavirus ilə əlaqədar ölənlərin sayı 4 mindən çox artaraq 367 mini keçdi.

Press.az-ın məlumatına görə, bu barədə ÜST-ün saytında bildirilib.

Mayın 31-də saat 12:00-a olan vəziyyətə görə, dünyada 5 934 936 yoluxma və 367 166 ölüm halı qeydə alınıb.Sutka ərzində daha 117 551 nəfər koronavirusa yoluxub, 4 461 nəfər ölüb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 743 793 nəfər. Sutka ərzində həmin göstərici 66 293 nəfər artıb. Orada ölənlərin sayı 3 094 nəfər artaraq 157 702 nəfərə çatıb. Avropada ümumilikdə 2 142 547 yoluxma və 180 085 ölüm halı aşkarlanıb. 24 saat ərzində yoluxanların sayı 20 197, ölənlərin sayı isə 732 nəfər artdı.

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada yoluxanların sayı 505 001-ə çatdı, 12 353 ölüm faktı qeyd edildi. Gün ərzində yoluxanların sayı 15 080 nəfər artdı, 275 nəfər öldü.

Oxşar xəbərlər
OTACI