Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Siyavuş Novruzov Naxçıvana görə operativ qərargaha çağırış etdi

31 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Nazirlər Kabineti yanında operativ qərargaha çağırış edib.

Press.Az-ın xəbərinə görə, S.Novruzov qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb. 

“Naxçıvana ABŞ-la eyni sistem yaradıblar. Metro açıldı, iri ticarət mərkəzləri açıldı, amma Naxçıvana hava reysləri açılmadı.

Metroda təyyarədən üç dəfə çox sıxlıq olur. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. operativ qərargah bu məsələni nəzərə almalıdır”, - deyə S.Novruzov əlavə edib. 

Oxşar xəbərlər
OTACI