Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusun əsas fəsadları açıqlandı

31 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus xəstələri arasında ən çox rast gəlinən ağırlaşmalar sepsis (42 faiz), tənəffüs və ürək çatışmazlığı (müvafiq olaraq 36 və 12 faiz), həmçinin qanın laxtalanmasıdır (7 faiz).

Press.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Moskva Dövlət Tibb Universitenin professoru Andrey Demin deyib.

O, Uhan xəstəxanasının statistikasına istinad edib. Qeyd olunan ağırlaşmalardan əlavə, xəstələrdə mədə-bağırsaqda, böyrəklərdə, qaraciyərdə, beyində, periferik sinir sistemində, qan damarlarında pozuntular, həmçinin dəri təzahürləri müşahidə olunur.

Demin əlavə edib ki, bəzi hallarda xəstələrdə infeksiyanın klinik təzahürləri olmasa da, immun sisteminin, qaraciyər, böyrəklər və digər orqanların funksiyası dəyişir.   

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI