Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada koronavirusa qarşı peyvənd hazırlandı

31 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yanında “Vektor” Virusologiya və Biotexnologiya Elmi Mərkəzi koronavirus infeksiyasına qarşı peyvənd hazırlayıb.

Bu barədə mərkəzin direktoru Rinat Maksyutov “Rossiya 1” telekanalına məlumat verib.

Sözügedən peyvəndi burun vasitəsilə yeritmək mümkün olacaq.

Mütəxəssis həmçinin mərkəzin infeksiyanı müalicə etmək üçün ən təsirli üç preparatı seçdiyini də qeyd edib.

Peyvəndin kliniki sınaqlarına iyunun sonunda başlanması və sentyabrda başa çatdırılması gözlənilir.

R.Maksyutovun sözlərinə görə, artıq peyvəndin kütləvi istehsalı ilə bağlı hazırlıqlara da start verilib.

Oxşar xəbərlər
OTACI