logo
First slide

Türkiyədə COVID-19-dan ölənlərin sayı 4 500-ü ötdü

30 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Türkiyədə koronavirusdan daha 26 nəfər vəfat edib.

Press.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 515 nəfərə çatıb. 

Nazirin sözlərinə görə, son sutka ərzində 1 021 nəfər koronavirusdan sağalıb. Beləliklə, ölkədə COVID-19-dan sağalanların sayı 126 984 nəfərə çatıb.

Son bir gündə təhlükəli virusa daha 983 yoluxma qeydə alınıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 163 103 nəfərə yüksəlib.  

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər