Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kloppdan yeni açıqlama

30 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Əgər biz çempionluq titulunu boş tribunalar önündə qazansaq belə, bu, mənim həyatımda xüsusi gün olacaq. İstərdim ki, bu hadisə Enfilddə yaşansın. Amma düzü, mənim üçün çempionluğu hansı arenada qazanmağımızın prinsipial fərqi yoxdur”.

Press.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp “beIN Sports”a deyib. Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqasının bərpası haqda danışan alman mütəxəssis deyib:

“Eşitdiyimə görə, bəzi matçlar neytral stadionlarda olacaq. Amma inanıra ki, gələcəkdə bizim uğurumuzu azarkeşlərimizlə birgə qeyd edəcəyimizə icazə veriləcək”.

Xatırladaq ki, “Liverpul” hazırda turnir cədvəlində ən yaxın rəqibini 25 xallıq fərqlə geridə qoyur.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI