Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda kişi narkotikdən öldü

30 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Səbail rayonunda yüksək dozada narkotikdən ölüm qeydə alınıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

1976-cı il təvəllüdlü Ramiz Allahquliyevin meyiti Salyan şosesindəki evində tapılıb. İlkin məlumatlara görə, kişi narkotik qəbulundan sonra ölüb. Məhkəmə tibbi ekspertizasının rəyi yaxın günlərdə hazır olacaq. Eyni zamanda, həmin şəxsin son altı ildir narkotik istifadə etdiyi barədə məlumat var.  

Müəyyən edilib ki, R Allahquliyev sağlamlığa xəsarət yetirmədə, narkotik vasitələrin saxlanılmasında və pornoqrafiya yaymaqda ittiham olunaraq, məhkumluq həyatı yaşayıb.

Son bir gündə Bakıda narkotik ticarəti ilə əlaqədar dörd cinayət faktı aşkar edilib.

Oxu.az

Oxşar xəbərlər
OTACI