Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Reabilitasiya” elektron sistemi yaxın zamanda işə başlayacaq

30 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri yekunlaşmaqdadır. Altsistemin yaxın aylarda işə salınması nəzərdə tutulur.

Nazirlikdən Press.az-a verilən məlumata görə, “Reabilitasiya” altsistemi nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) arasında e-formada məlumat mübadiləsinə və onların əlaqəli fəaliyyətinin qurulmasına xidmət edəcək. Reabilitasiya müəssisələrinə qəbul da həmin komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında həyata keçiriləcək. Bu da qəbul prosesinin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin daha təkmil qurulmasına şərait yaradacaq.

Eyni zamanda, bərpa müəssisələrinə qəbul edilmiş şəxslərlə bağlı görülmüş reabilitasiya tədbirləri və onların nəticələri “Reabilitasiya” altsisteminə daxil ediləcək. Bu məlumatlar həmin şəxslərlə bağlı fərdi reabilitasiya proqramının tərtib olunması və icrası prosesində zəruri informasiya bazası kimi önəmli rol oynayacaq.

Oxşar xəbərlər
OTACI