Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda narkotacir qohumlar 6 kiloqram narkotiklə saxlanıldılar

30 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 6 kiloqramdan artıq güclü təsiredici narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərov “Range Rover” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin avtomobilə keçirilən baxış zamanı 4 ədəd sellafon torbada ümumi çəkisi 4 kiloqram 190 qram narkotik vasitə heroin və 2 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından qaçaqmalçılıq yolu əldə etdikləri və Cəlilabad rayonu ərazisində əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən edilib

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır

Oxşar xəbərlər
OTACI