Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST: Dünyada koronavirus qurbanlarının sayı 357 mini ötdü

30 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada son bir gün ərzində koronavirusa 107 mindən çox yoluxma qeydə alınıb.

Press.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, bununla da dünyada COVID-19 xəstələrinin sayı 5,7 milyon nəfəri ötüb.

ÜST bildirib ki, son sutkada ayrı-ayrı ölkələrdə infeksiyaya ümumilikdə 107 740 yeni yoluxma təsdiqlənib. Bununla yanaşı, bir gün ərzində daha 4 354 insan pandemiyanın qurbanı olub.

Beləliklə, dünyada COVID-19-a yoluxma ilə bağlı aşkarlanmış halların ümumi sayı 5 701 337 təşkil edir. Pandemiya ərzində ayrı-ayrı ölkələrdə ümumilikdə 357 688 nəfər koronavirusdan ölüb.

Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 613 092 nəfərin virus daşıyıcısı olması təsdiqlənib. Son 24 saat ərzində infeksiyaya 56 647 yeni yoluxma qeydə alınıb. Koronavirusun yaratdığı xəstəlikdən 151 212 nəfər ölüb.

Siyahıda ikinci yerdə Avropa qərarlaşıb. Köhnə qitədə 2 102 574insan COVID-19-a yoluxub, 178 378 pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI