Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ramildən Ayaza dəstək

29 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sabah”ın hücumçusu Ramil Şeydayev “Spartak”ın intizamsızlığa görə 2-ci komandaya göndərdiyi futbolçusu  Ayaz Quliyevə dəstək olub.

Press.az xəbər verir ki, millimizin üzvü İnstaqram hesabında Azərbaycan əsilli futbolçu ilə şəklini paylaşaraq “Qardaş, ən başlıcası səbrdir” yazıb.

Daha sonra Şeydayev erməni məşqçi Aleksandr Qriqoryanın Ayazı müdafiə etməsinə münasibət bildirib. O, bununla bağlı yazıb: “Qardaşımızı dəstəkləyən birinci şəxs. Həm gülməli, həm də kədərlidir, uşaqlar”.

24 yaşlı forvard Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoyun “Ayaz Quliyevin gedişi “Spartak” üçün itki olmayacaq” fikrinə də cavab verib. Şeydayev “Bəs yerdə qalanların hamısı üstündür??” yazaraq, Quliyevə dəstəyini bildirib.

Xatırladaq ki, Ayaz Quliyevin "Spartak"ın məşqçi heyətinin üzvləri ilə nəzakətsiz danışdığı üçün 2-ci komandaya göndərildiyi bildirilir.




 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI