Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çempionatı vaxtından əvvəl tamamlayan ölkədə kubokun finalı keçiriləcək

28 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkə çempionatında bu mövsümü vaxtından əvvəl başa çatdıran Belçikada kubokun finalının keçirilməsinə qərar verilib.

Press.az Belçika Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, çempion elan edilən "Brügge" ilə "Antverp" arasında olacaq həlledici görüş avqustun 1-i Brüsseldəki "Kral Baudouin" stadionunda keçiriləcək. Görüş azarkeşsiz oynanılacaq.

Qeyd edək ki, Belçika Liqası koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və "Brügge" çempion elan edilib. Ölkə çempionatında yeni mövsümün avqustda başlanılması planlaşdırılır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI