Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əlcəzairin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Press.az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Əlcəzair xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və xalqınıza səmimi təbriklərimi, cansağlığı və firavanlıq arzularımı çatdırıram.

Bu əlamətdar günün yaratdığı fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnun qaldığımızı, müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsində və iki qardaş xalqın maraqlarına xidmət edən münasibətlərin ən yüksək səviyyəyə yüksəldilməsində maraqlı olduğumuzu qeyd etmək istəyirəm.

Ortaq maraqların olduğu beynəlxalq və regional məsələlərin həllinə, xüsusilə Qoşulmama Hərəkatına sədrliyiniz çərçivəsində əlaqələrimizi davam etdirməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm. Bu, sülhün, təhlükəsizliyin, sağlam yaşayışın təmin olunmasına xidmət edəcək əməkdaşlığın gücləndirilməsi baxımından önəmlidir.

Bir daha Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxşar xəbərlər
OTACI