Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST: İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var

27 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müxtəlif ölkələr tətbiq etdiyi sərt tədbirləri aradan qaldırdıqca koronavirus pandemiyasının yayılma riski də artır.

Press.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç deyib.

Onun sözlərinə görə, aparılan təhlillər onu göstərir ki, çox az sayda adamda koronavirusa qarşı anti-cismlər mövcuddur: "İnsanların 90 faizindən çoxunda isə koronavirusa yoluxma riski var. Bu səbəbdən də biz müəyyən qadağaları saxlamalıyıq".

T.Yasareviç bildirib ki, "COVID-19" vaksinin tapılması üçün dünyada çox sayda gərgin işlər aparılır. ÜST-də 100-dən çox vaksin sınaq mərhələsindədir:

"Kliniki sınaqlara keçmək müəyyən qədər zaman alacaq. Bu sınaqlarla biz ilk növbədə tapılan vaksinin təhlükəsiz və effektli olmasına əmin olmalıyıq, lakin bu proses bir neçə ay vaxt aparacaq. Hər şey qaydasında getsə, bir il ərzində vaksinə sahib ola bilərik".

Oxşar xəbərlər
OTACI