Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Serbiyada koronavirusdan ölənlərin sayı 240-a çatdı

27 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Serbiyada ötən sutkada daha 1 nəfər koronavirusun qurbanı olub.

Press.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 240-a yüksəlib.

Bildirilib ki, qeydə alınmış yoluxma hallarının sayı daha 48 nəfərdə aşkarlanaraq 11 275 nəfərə çatıb. Serbiyada indiyədək 6 277 nəfər virusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,7 milyonu ötüb. Bunların 2,4 milyon nəfərdən çoxu sağalıb, 352 mindən çoxu isə ölüb.

Oxşar xəbərlər
OTACI