Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi ilə...

27 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb.

Press.az xəbər verir ki, bu barədə Unikal.org-a əməkdar artistin özü məlumat verib. 

O bildirib ki, hazırda xəstəxanada müalicə olunur:

“Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm. Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək”.

Oxşar xəbərlər
OTACI