Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

27 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Press.az-ın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə sülh və tərəqqi arzulayıram.

Latviya və Azərbaycan arasında bir çox mühüm sahələrdə gözəl əməkdaşlığın qurulmasını məmnunluqla qeyd edirəm. Ötən illər ərzində bizim dostluğumuz siyasi, iqtisadi, mədəni sahələrdə, eləcə də xalqlararası ünsiyyətdə səmərəli nəticələr verib.

Pandemiyanın yaratdığı hazırkı çağırışlar bizim gündəlik həyatımıza və işimizə təsir göstərib. Buna baxmayaraq, mən əminəm ki, ölkələrimiz arasındakı uğurlu əməkdaşlıq bizə bu böhrandan daha güclü şəkildə çıxmağa imkan verəcək.

Qəti əminliyimi bildirirəm ki, bizim qarşılıqlı anlaşma və etimad ruhunda gözəl əməkdaşlığımız xalqlarımızın mənafeyinə uyğun olaraq bundan sonra da davam edəcəkdir.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq arzulayıram.

Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Oxşar xəbərlər
OTACI