Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərbaycan millisinin baş məşqçiliyinə iki ideal namizəd var” - Mario Tokiç

27 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nikola Yurçeviçin dönəmində milli komandamızın məşqçisi işləmiş Mario Tokiç onlarla müqavilənin müddətinin uzadılmaması haqda AFFA-nın qərarına münasibət bildirib.

Press.az xəbər verir ki, azerisport.com saytına müsahibəsində xorvat mütəxəssis deyib: “Müqavilənin uzadılmaması artıq AFFA-ya aid məsələdir. Amma mən bilirəm ki, assosiasiya Slovakiya ilə Bakıdakı oyun (1:5) istisna olmaqla komandadan razı qalmışdı. AFFA-ya güclü təzyiq vardı. Onlar isə bunun öhdəsindən gələ bilirdilər. AFFA Avropada peşəkar kadrlara malik ən yaxşı assosiasiyalardan biridir. Məsələn, AFFA-nın prezidenti və baş katibi super insanlardır. Heç bir yerdə onlar kimi komandalarının təəssübünü çəkən insanlar görməmişəm. Bu komandaya vaxt lazımdır. Xorvatiya ilə oyuna (1:2) bir neçə aya qədər bu uşaqlar Kosovoya uduzmuşdular (0:4). Yalnız son dəqiqələrdəki ustalıq səviyyəsi və fərdi səhvlər  bizə seçmə mərhələdə çox xal toplamağa imkan vermədi”.

Xorvat müətxəssis həmçinin hazırda millinin boş qalmış baş məşqçi vəzifəsi ilə bağlı da fikirlərini bildirib: “Bir il ərzində mən Azərbaycan futbolunda çox şeyi gördüm. Ona görə də deyə bilərəm ki, hazırda millinin baş məşqçiliyinə iki ideal namizəd var – Qurban Qurbanov və Rəşad Sadıqov. Qurbanov Azərbaycan futbol tarixinin ən yaxşı məşqçisidir. Rəşada gəlincə, o, sizin futbolda böyük addır. Ona hörmət edirlər. Güclü xarakteri var. Bizim komandada elə bir futbolçuya ehtiyac vardı. Hesab edirəm ki, bu iki şəxs ən yaxşı namizəddir”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI