Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ucarda iki uşaq atası intihar etdi - YENİLƏNİB

27 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, Ucar rayonunda 41 yaşlı kişi özünü asıb.

Hadisə ilə bağlı rayonun Qazyan kənd icra nümayəndəsi İbrahim Xəlilov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə barədə səhər saatlarında xəbər tutublar:

“İntihar edən Qazyan kənd sakini, 1979-cu il təvəllüdlü Samir Mirsaab oğlu Əliyev problemli adam deyildi, sadəcə tez-tez spirtli içki qəbul edirdi. Deyilənə görə, neçə gündür dayanmadan içki içirdi. Yemək yemir, heç kimlə çox söhbət etmirdi. Özü də kəndin tibb məntəqəsində fəhlə kimi çalışırdı. 

Axşam gəlib evə, içkili vəziyyətdə yatıb. Səhər özünü yaşadığı evin həyətindəki tut ağacından asıb. Biz də bu gün səhər saatlarında xəbər tutmuşuq. Düşünürük ki, hadisəni törədən zaman içkinin təsirində olub. İki azyaşlı uşağı qalıb. Hələ ki, nə üçün intihar etdiyi məlum deyil. Hadisə araşdırılır”.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

12:16

Ucar rayonunda intihar hadisəsi qeydə alınıb.

Press.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Qazyan kənd sakini, 1979-cu il təvəllüdlü Samir Mirsaab oğlu Əliyev bu gün səhər saatlarında həyətindəki tut ağacından özünü asıb.

Məlumata görə, iki uşaq atası olan S.Əliyev içki aludəçisi olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI