Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" bosniyalı yarımmüdafiəçi alır?

27 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bosniya və Herseqovina millisinin üzvü  Amar Rəhmanoviç karyerasını “Qarabağ”da davam etdirə bilər.

Press.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın faktor.ba saytı məlumat yayıb. Hazırda ölkəsinin “Sarayevo” klubunda çıxış edən bosniyalı yarımmüdafiəçinin İspaniyadan olan futbol agentliyinin vasitəsi ilə Ağdam təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşdığı bildirilir.

Bir neçə ildir komandasının aparıcıs oyunçularından olan Rəhmanoviçin Bosniya və Herseqovinada mövsüm oktyabr ayına qədər təxirə salındığı üçün paytaxt klubundan ayrılmaq fikrində olduğu qeyd olunub.

26 yaşlı futbolçu  bu mövsüm 12 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.

Qeyd edək ki, “Sarayevo” ilə müqaviləsi 2021-ci ilin iyununa qədər olan futbolçu daha əvvəl “İstra”, “Koper”, “Maribor” və “Çelye” klublarında da çıxış edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI