Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

A seriyasının bərpa tarixi elan edildi

27 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliya A seriyası çempionatın iyunun 13-dən başlanacağı haqda planı təsdiq edib.

Press.az “Football Italia”ya istinadən xəbər verir ki, bu barədə qurumun rəhbərliyinin yaydığı bəyanatda bildirilib. Dünən A seriyası rəhbərliyi 20 klubun nümayəndəsinin iştirakı ilə keçirilən videokonfransdan sonra müvafiq qərar verilib.

Əgər yaxın vaxtlarda koronavirus pandemiyasına görə mənfiyə doğru dəyişiklik olmasa, yarış iyunun 13-dən davam etdiriləcək və həmin gün 25-ci tura oynanılmamış aşağıda qeyd edilən matçlarla yekun vurulacaq:

«Atalanta» - «Sassuolo»
«İnter» - «Sampdoriya»
«Torino» - «Parma»
«Verona» - «Kalyari»

İyunun 20-dən isə 26-cı tura start veriləcək.

Bu məsələyə dair yekun rəsmi qərar mayın 29-da İtaliyanın idman naziri, ölkə futbol federasiyası və klubların nümayəndələrinin videokonfransından sonra veriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI