Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıtda oğurluğa görə 4 nəfər saxlanılıb

26 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıtda oğurluğa görə 4 nəfər saxlanılıb

Press.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-dən mayın 23-dək olan müddətdə şəhər ərazisindəki 4 mağazadan və 2 aptekdən pul, noutbuk, monitor, akkumulyator, tütün məmulatı və dərman preparatları oğurlayan şəhər sakini C.Mustafayev saxlanılıb.

Bundan başqa, 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 6-da şəhər ərazisindəki evdən 2400 manat dəyərində qızıl əşyalar oğurlayan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar  V.Əşrəfov və S.Abuşov saxlanılıblar.

1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 1-dən mayın 22-dək olan müddətdə Corat qəsəbəsindəki evdən məişət əşyaları oğurlayan qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Abbasov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI