Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda koronavirusa görə karantinə alınan icra başçısının testinin nəticəsi açıqlandı - RƏSMİ

26 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının koronavirus testlərinin nəticəsi açıqlanıb.

Bu barədə Şamaxı RİH-in İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev bildirib.

Onun sözlərinə görə, Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlər çərçivəsində rayon icra hakimiyyəti əməkdaşlarının növbəti dəfə testdən keçirilməsi zamanı bir əməkdaşda testin nəticəsi müsbət olub:

“Həmin əməkdaş müvəqqəti karantin zonasına yerləşdirilib. Digər əməkdaşlar Nazirlər Kabinetinin yanında operativ qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq sosial izolyasiya rejimində, əsasən, onlayn şəkildə işlərini davam etdirirlər.

İcra başçısı Tahir Məmmədov da digər əməkdaşlarla birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ çıxıb. Əməkdaşlar növbəti testlərdən də keçəcək”.

T.Qəniyev qeyd edib ki, Şamaxı rayonunda beş nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Oxu.az

Oxşar xəbərlər
OTACI