Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qələbə qazananlar yaxşı müdafiə olunan komandalardır" - Simeone

26 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone komandası daha çox müdafiə olunduğu üçün ona edilən tənqidlərə münasibət bildirib.

Press.az xəbər verir ki, "Fox Sports"a danışan argentinalı mütəxəssis qələbənin açarını məhz yaxşı müdafiə olduğunu deyib:  "Hər kəs müdafiə oyunu oynadığımızı söyləyir. Tez-tez əla oyunçuları olan komandalarla qarşılaşırıq, amma onların çox azı müdafiə oluna bilirlər. Qələbə qazananlar yaxşı müdafiə olunan komandalardır. Bunun açarı müdafiədir. Böyük komandalarda yaxşı hücumçular ola bilər, amma vacib olan necə müdafiə olunacağını bilməkdir. Düşünün, neçə komanda həqiqətən yaxşı müdafiə oluna bilir?".

O, "Atletiko"da bir çox hücumçu ilə oyuna çıxdığını da xatırladıb:  "Atletiko'dakı ilk komandamda Diego Ribas, Arda Turan, Radamel Falcao və Adrianı birlikdə oynadırdım və bununla yanaşı, Xuanfran və Filipe Luis kimi hücumda oynaya biləcək oyunçularımı var idi. O vaxt da bizə müdafiədə oynadığımızı deyirdilər".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI