Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı

26 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin əməkdaşları koronavirus testindən keçirilib.

Bütün testlərin nəticəsi neqativ çıxıb.

Koronavirus aşkarlanmayan əməkdaşlar fəaliyyətlərinə əvvəlki rejimdə davam edirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl kanalın dörd əməkdaşının koronavirus testinin cavabı pozitiv olub, bu səbədən digər əməkdaşlar da ümumi testdən keçirilib.

Xatırladaq ki, “Azad Azərbaycan” televiziyasında pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, izolyasiya qaydalarına ciddi riayət olunur. Telekanala daxil olanların hərarəti xüsusi aparat vasitəsilə yoxlanılır. 

Daha sonra binanın girişində quraşdırılan xüsusi dezinfeksiya aparatından keçməklə içəri girişə icazə verilir. Bundan başqa, binanın girişində və otaqlarda dezinfeksiya məhlulları qoyulub. ATV telekanalında işçilər maskalardan və baxillərdən istifadə edir. Telekanalın bütün otaqları hər gün dezinfeksiya olunur.

Oxu.az

Oxşar xəbərlər
OTACI