Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xaricdəki aztəminatlı azərbaycanlılara yardımla bağlı qayda layihəsi hökumətə təqdim edilib

26 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup yaradılıb.

Press.az xəbər verir ki, bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanıb və nəzərdən keçirilir.

Eyni zamanda, aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq hazırlanan “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edək ki, ötən il “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılırdı

Oxşar xəbərlər
OTACI