logo
First slide

Bakıda piyadavurma: yolu keçən sərxoş kişini maşın vurdu - REAL VİDEO

26 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda sərxoş vəziyyətdə yolu keçən kişini maşın vurub.

Hadisə bir neçə gün əvvəl paytaxtın Heydər Əliyev prospektində baş verib. Sərxoş vəziyyətdə prospekt boyu yolu keçməyə cəhd edən şəxs əvvəlcə müvazinətini itirərək yıxılıb. Daha sonra qaçaraq avtomobillərin intensiv hərəkət etdiyi yola çıxıb. Əsas yolun bir hissəsini keçdikdən sonra şəhər istiqamətindəki zolağa qaçıb. Sürücülərdən biri maşını qaçırda bilsə də digəri onu vurub. Hadisə nəticəsində piyada yerindəcə keçinib.

Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, analoji piyadavurma hadisələri tez-tez baş verir. "Təsəvvür edin ki, 8-10 zolaqlı yolu keçməyə cəhd edirlər. Sürət həddi 90 km/saat olan yola qaçmaq qəzanı qaçılmaz edir. Xüsusilə də sərxoş halda bunu etmək şəxsin ölümünə səbəb oldu. Odur ki, piyadalara bir daha müraciət edərək bildiririk ki, yeraltı keçidlərdən istifadə etsinlər. Ola bilər ki, bir az vaxtınız getsin. Amma bu sizin həyatınızdan dəyərli deyil."
Hadisənin real görüntülərini təqdim edirik:

 

Oxşar xəbərlər