Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda dəhşətli qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

26 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Sumqayıtda baş verən yol qəzası ilə bağlı xəbər barədə açıqlama verib.

TƏBİB-in Mətbuat katibi Rəvanə Əliyeva açıqlamasında bildirib ki, iki avtomobil toqquşub:

“Avtomobillərin birində dörd ölü, digərində isə bir ölü olub. Hər iki maşından bir yaralı çıxarılıb. Birinin vəziyyəti ağırdır. Digərinin vəziyyəti isə orta ağırdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.

Həmçinin Baş Dövlət Yol Polis İdarəsi barədə məlumat yayıb.

İdarədən Press.az-a verilən məlumata görə, 26 may 2020-ci il tarixdə, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi “Saipa Saina EX” markalı 99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi “Opel Vectra” markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə, “Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri 1990-cı il təvəllüdlü Pənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov Toğrul Bəhman oğlu, 1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, habelə “Opel Vectra” markalı avtomobilin sərnişini 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər, “Opel Vectra” markalı avtomobilin sürücü və “Saipa Saina EX” markalı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Oxşar xəbərlər
OTACI