Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə koronavirus qurbanlarının sayı 4 369-a çatdı

25 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son bir gündə Türkiyədə koronavirusdan daha 29 nəfər ölüb.

Press.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 369 nəfərə çatıb. Bu gün COVID-19-a 987 yeni yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 157 814-ə çatıb. 

Son 24 saatda koronavirusla bağlı 21 492 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin sayı 1 milyon 853,7 mini ötüb. Son bir gündə virusdan 1 321 nəfər sağalıb. Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 120 015 nəfər təşkil edir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 347 mindən çoxu isə ölüb.

Oxşar xəbərlər
OTACI