Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb

25 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

Press.az-ın Trend-ə istinadən məlumatına görə, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

Oxşar xəbərlər
OTACI