Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biləsuvarda narkotacirlər tutuldu

25 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 1 kq-dan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Səyavuş Cuvarlı və əvvəllər məhkum olunmuş Tural Əliyev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar.

Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kq 155 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI