Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Trampın müşaviri: “COVID-19 vaksinini birinci biz hazırlayacağıq”

24 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O Brayen hesab edir ki, Birləşmiş Ştatlar dünyada birinci olaraq COVID-19 əleyhinə vaksini hazırlayacaq.

Bu barədə Press.az RİA "Novosti"yə istinadən xəbər verir.

Müşavirə "Meet the Press" proqramının efirində Çinin vaksini birinci hazırlamaq imkanı haqqında sual verilib. "Mən düşünürəm ki, bu məsələdə Amerika lider olacaq", - Trampın müşaviri cavabında bildirib.

Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb, ölkədə COVID-19-a yoluxmuş 97 mindən çox insan ölüb. Birləşmiş Ştatlarda virusa yoluxmuş 361 min nəfərdən çox insan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb, 344 mindən çox insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər
OTACI