Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda daha 1 869 nəfər koronavirusa yoluxdu

23 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda ötən sutka ərzində daha 1 869 nəfər koronavirusa (COVID-19) yoluxub.

Press.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 133 521 nəfərə çatıb, 2 633 nəfərin vəziyyəti ağırdır.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 59 nəfər koronavirusdan ölüb. Bununla da İranda indiyədək bu virusdan ölənlərin sayı 7 359 nəfərə yüksəlib.

Nazirlik rəsmisi qeyd edib ki, indiyədək İranda 104 072 nəfər koronavirusdan sağalıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 781 mindən çox test həyata keçirilib.

Cahanpur deyib ki, ötən 14 vilayətində ölüm halı qeydə alınmayıb, 6 vilayətin hər birində isə 1 ölüm halı qeydə alınıb.

Oxşar xəbərlər
OTACI