Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Binə qəsəbəsində yeni yolun tikintisi köhnə yolu yarasız hala salıb - AÇIQLAMA - VİDEO

23 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Binə qəsəbəsində yerləşən Donuzkökəltmə sovxozu adlanan ərazidə  yol təmir işləri aparılır.

Bütün ağır tonnajlı avtomobillər tikinti gedən əraziyə başqa küçə ilə hərəkət etmək məcburiyyətindədirlər. Əvvəllər hərəkətə yararlı olan yol bu səbəbdən tamamilə yararsız vəziyyətə düşüb.

Bu barədə ərazidə yaşayan sakinlər Press.az -a məlumat verib.

Sakinlər bildirib ki, həmçinin Qəsəbənin bu hissəsində avtobus xətti də yoxdur. Tək hərəkət vasitəsi şəxsi avtomobillərdir ki, onlar da bu yolda ilişib qalırlar. Bu da, yoldan istifadə edən sakinləri çıxılmaz vəziyyətə salıb.

Ağır tonnajlı yük maşınları özləri belə yolun yararsız yerlərində ləngər vuraraq hərəkət edir ki, həmin hissələrdən biri bilavasitə hasarların lap dibindədir.  Hər hansı qəza halında divarların dağılması həyətdə oynayan uşaqlara xəsarət yetirə bilər.

Tikinti işləri sona çatdıqdan sonra istifadə edilən bu yolun taleyi necə olacaq deyə sakinlər öz narazılıqlarını bildiriblər.

Yaranmış çətinliklə bağlı Press.az saytı olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.

Anar Nəcəfli bildirdi ki, Binə qəsəbəsinin yolları demək olar ki, çox bərbad vəziyyətdədir: "Biz keçən il bununla bağlı xeyli sayda təmir işləri aparmışıq. Qəsəbənin  30 kilometrdən artıq  yolu təmir edilib və asfalt örtüyü ilə təmin edilib. Anar Nəcəfli  qeyd edib ki bu il də qəsəbədaxili  yolların təmiri nəzərdə tutulub. O cümlədən də ,Binə qəsəbəsində təmir tikinti işləri davam etdirilir. Həmçinin Donuzkökəltmə savxozunda  ərazinin  4 kilometrə yaxın yolununun təmiri nəzərdə tutulub. Artıq bu istiqamətdə işlərə başlanılıb. Ümumillikdə Xəzər rayonunda bu il 40 kilometrə yaxın yolun təmiri planlaşdırılıb. Onun 30 kilometrə yaxını tək Binə qəsəbəsinə düşür". – deyə Anar Nəcəfli qeyd edib.

Press.az olaraq sakinlərə səbirli olmalarını və mövzunu gündəmdə saxlayacağımızı bildiririk.

Oxşar xəbərlər
OTACI