Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nizami rayonunda quldurluq edən 4 nəfər saxlanılıb

23 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nizami rayonunda quldurluq edən 4 nəfər saxlanılıb

Press.Az xəbər verir ki, Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də Bakı şəhər sakini R.İsgəndərovun 650 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə ələ keçirən Beyləqan rayon sakini C.Nağıyev, Zəngilan rayon sakini Ş.İsazadə, Şirvan şəhər sakini R.Mirzəyev və Füzuli rayon sakini R.Həsənov saxlanılıblar.

Axtarış zamanı R.Mirzəyevin “Hyundai” markalı avtomobilindən qundağı kəsilmiş tüfəng, 2 ədəd patron, kustar üsulla hazırlanmış bıçaq və balta aşkar edilib. 

Nizami RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI