Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniyadan Qarabağ separatçılarına daha bir zərbə

23 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda onun idarə etdiyi oyuncaq rejimin adından yaradılmış “arzach.de” veb-saytı bağlanıb.

Press.az AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniya hakimiyyət orqanları bu qərarı azərbaycanlıların həmin saytın səhifələrində hökm sürən separatizmin, işğalçılığın və dinc sakinlərin öz evlərinə qayıtmasına yol verilməməsini təbliğ edildiyini göstərən təkidli müraciətlərindən sonra qəbul olunub. Ermənistanın hakimiyyət orqanları Almaniya domenində açılmış saytda həm də alman turistlərini Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etməyə cəhd göstərirdilər. 

Eyni zamanda qondarma “Arsax Respublikası”nın AFR-dəki səfiri” Arutyun Qriqoryanın “Facebook”da profili də ləğv edilib. Həmçinin Berlində fəaliyyət göstərən “Avropa Arsax Tədqiqatları Mərkəzi” də bu günlərdə bağlanılıb.

Oxşar xəbərlər
OTACI