Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyadakı Azərbaycan vətəndaşları gələn həftə təxliyə olunacaq

22 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Rusiya-Azərbaycan sərhədində bizim vətəndaşlarımızın toplaşdığı barədə məlumatlar var. Bəli, bununla bağlı hər iki dövlət tərəfindən müvafiq iş aparılır”.

Press.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Qeyd olunduğu kimi mayın 19-da artıq ölkəmizə 120 nəfər keçirilib. Növbəti həftədə xüsusi reys vasitəsilə həmin vətəndaşların ölkəmizə təxliyəsi gözlənilir. Həmin şəxslər “Evə gedirəm” protalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bu həm də onların təhlükəsizliyi üçün yaxşıdır”, - İ.Məmmədov deyib.

Oxşar xəbərlər
OTACI