Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik - Ramin Bayramlı

22 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik.

Press.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, yoluxma sürəti atarsa, yenidən sərt karantin rejiminə gedə bilərik:

"Azərbaycan təkrar sərt karantin tədbirləri tətbiq edən ölkələrin təcrübəsini yaşamaq istəmir. Epidemioloji vəziyyət dəyişərsə, gələn həftə yenidən qısamüddətli qadağalar tətbiq edilə bilər. Bayram günlərində ölkəmizdə küçəyə çıxma qağadası qoyulmayıb. Bu günlərdə evə yaxın ərazidəki parklarda sosial məsafəni gözləməklə getmək olar. Amma bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik”.

R.Bayramlı qeyd edib ki, qaydalara əməl etməyən müəssisələr və və fiziki şəxslər sərt şəkildə cərimələnə bilərlər.

Oxşar xəbərlər
OTACI