logo
First slide

Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb - RƏSMİ

22 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasında 106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1962-ci il təvəllüdlü iki nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2399 nəfər müalicə olunaraq sağalmış, 46 nəfər vəfat etmiş, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259.155 test aparılmışdır.

Oxşar xəbərlər