logo
First slide

Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var - VİDEO

22 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Pakistan Hava Yolları”na aid sərnişin təyyarəsi qəzaya uğrayıb.

Press.az “Al Arabiyya”ya istinadən xəbər verir ki, qəzaya uğrayan layner ölkənin Karaçi şəhərinin yaxınlığındakı yaşayış evlərinin üzərinə düşüb.

Məlumata görə, Lahor şəhərindən gələn təyyarənin göyərtəsində 95 nəfər olub. Ölənlərin sayı dəqiqləşdirilir. 

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.

Oxşar xəbərlər