Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədən gətirilən azərbaycanlı tələbə aeroportdan əməliyyata aparılacaq

22 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Türkiyədən Azərbaycana təxliyə ediləcək soydaşlarımız arasında əməliyyatı zəruri olan tələbə də var. 

Bu barədə açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova məlumat verib. 

Onun sözlərinə görə, Türkiyənin Denizli şəhərindəki Pamukkale Universitetində Fizoterapiya ixtisası üzrə təhsil alan Məhi İlyaslıya ürək qapaq çatışmazlığı diaqnozu qoyulub. 

"Məhi İlyaslı mənə müraciət edərək əməliyyat edilməsinin vacib olduğunu və bu səbəbdən də Vətənə göndərməyimizi xahiş etdi. Təbii ki, tələbəmizin Azərbaycan göndərilməsi üçün bütün imkanlarımızı səfərbər etdik. Bu barədə səfirliyimizə məlumat verdim, onların vasitəsilə Azərbaycan Xarici işlər Nazirliyinə və Təhsil Nazirliyinə məlumatları ötürdüm. Onlar da, öz növbəsində, tələbəmizin Azərbaycana getməsi üçün bütün dəstəklərini verdilər. Ona görə də tələbəmiz hava limanından birbaşa xəstəxanaya aparılacaq və inşallah tezliklə sağlamlığına qovuşaraq təhsilinə davam edəcək”, - N.Nəsibova deyib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" (AZAL) bu gün İstanbulun yeni hava limanından növbəti çarter reysi həyata keçirəcək və ümumilikdə 174 nəfər Azərbaycan vətəndaşının təxliyəsi baş tutacaq.

Report

Oxşar xəbərlər
OTACI