logo
First slide

ÜST: Azərbaycanda koronavirusla mübarizəyə əlavə həkimlər cəlb oluna bilər

22 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

REACT-C19 layihəsinin yekunları gələn ay təhlil olunacaq və əgər ehtiyac olsa əlavə həkimlər cəlb oluna bilər".

Press.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, layihə iyunun sonunda yekunlaşacaq: "Bu barədə onda dəqiq nəsə demək olar".

Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov isə əlavə edib ki, layihədə iştirak edən həkimlər dövlət hesabına Türkiyədə oxuyan şəxslərdir: "Xaricdə oxuyan şəxslərin vətənə qayıdıb koronavirusla mübarizəyə töhfə vermələri qürurvericidir".

Oxşar xəbərlər