Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müdafiə Nazirliyi: Orduya qarşı aparılan təxribat xarakterli kampaniya ilə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək

21 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Ordusuna qarşı aparılan təxribat xarakterli kampaniya ilə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək.

Press.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna qarşı aparılan təxribat xarakterli kampaniyaya “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanovun qoşulması təəssüf hissi doğurur:

"Əsgər rütbəsində hərbi xidmət keçmiş bir şəxsin strateji səviyyədə mülahizələr yürütməsi qəbuledilməzdir. Müxtəlif qüvvələr tərəfindən maliyyələşdirilən bu şəxs Müdafiə Nazirliyinə qarşı başladılan qarayaxma kampaniyasına, eləcə də düşmənin Azərbaycan Ordusuna qarşı apardığı informasiya təbliğatına dəstək verir.

Bildiririk ki, bununla bağlı Müdafiə Nazirliyi tərəfindən hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək".

Oxşar xəbərlər
OTACI