logo
First slide

Britaniyada koronavirusa yoluxanların sayı 250 mini ötdü

21 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyada son sutkada 338 nəfər COVID-19-un qurbanı olub.

Press.az xəbər verir ki, bunu krallığın Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, Birləşmiş Krallıqda ölənlərin sayı 36 042-yə çatıb. Yoluxma faktlarının sayı daha 2 615 nəfər artaraq 250 908-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,1 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 330 mindən çoxu isə ölüb.

Oxşar xəbərlər